top of page

HAQQIMIZDA

HB BETON (“Haqq Baba”) MMC 2004-cü ilin Oktyabr ayından fəaliyyətə başlamışdır.

“HB Beton” MMC -  hər biri saatda 100 m3 hazır beton qarışığı istehsal etmək gücünə malik olan avtomatlaşdırılmış və son texnologiyaya cavab verən İtalyan mənşəli Türkiyə (MEKA) istehsalı olan 2 (iki) beton zavoduna malikdir.

24 saat (1 sutka) ərzində iki zavodun birlikdə 4800 m3 hazır beton məhsulları istehsal etmə gücünə malikdir. Müəsisədə Türkiyə və İtaliya istehsalı olan, bütün standartlara cavab verən avadanlıqlarla təmin olunmuş lobaratoriya fəaliyyət göstərir. Sözügedən Lobaratoriya vasitəsilə xammallar (sement, qum, qırmadaş) və istehsal olunan betonun keyfiyyətinə tam nəzarət edilir.

HB BETON (“Haqq Baba İnşaat”) MMC olaraq, “Paşa” İnşaatla birlikdə Mace, Strabag və Codest şirkətlərinin çalışdığı tikintilərdə, DİA Holdingin İnşa etdiyi “Yaşıl Vadinin”, “Amburan” və eyni zamanda “Heydər Əliyev Mərkəzinin”, “Bakı Alov Qüllələri” (Baku Flame Towers) kimi möhtəşəm tikililəri hazır betonla təmin etmiş, İSR-Koray MMC-nin həyata keçirdiyi “Bakı Hilton” Otelinin layihəsinin həyata keçirilməsində, “AzVİRT” MMC, “AGT” və “Gəncə Körpü – 2” ASC ilə Əzizbəyovdan sonrakı Körpü və Piyada keşidləri, Tunellərin tikintisində və “Zaqulba 1 Nömrəli Dövlət Pansianatı”, “Gənclik İgamətgahı” kimi tikintilərlə  uzun müddət əməkdaşlıq etmişik.  

 
bottom of page