top of page
BAKI
JW MARRIOTT
ABSHERON
Azərbaycan Respublikasının paytaxtı olan Bakı şəhərində beşulduzlu otel. “JW Marriott”a məxsusdur. Köhnə “Abşeron” mehmanxanasının yerində tikilən yeni “JW Marriott Absheron” oteli dünya şöhrətli “Marriott International” şirkətinin Azərbaycan Respublikasındakı ilk otelidir. Bakıda beynəlxalq səviyyəli bu cür otellərin tikilməsi Azərbaycanda turizmin inkişafının istər yerli, istərsə də xarici şirkətlər üçün yaradılan əlverişli investisiya mühitinin bariz göstəricisidir.[1] Otel öz tarixi “Abşeron” adını da saxlamışdır. Çünki 1980-ci illərdə burada “Abşeron” otelinin tikilməsi o dövr üçün böyük hadisə idi.
bottom of page