top of page

“HB BETON” MMC rəhbərliyi adından Sizə Uğurlar arzulayır və Bizimlə əməkdaşlıq etməyə dəvət edirik.

 

HAZIR BETON İSTEHSALI

“HB BETON” MMC Müştərilərin sifarişinə uyğun olaraq müxtəlif növ hazır beton məhsulları istehsal edir:
- C- 7.5- C- 90;
- Su keçirməyən beton;
- Özüyerləşən beton;
- Müxtəlif tərkibli yüngül betonlar.

 

POMPA

Sifarişə uyğun olaraq İnşaat Sahələrini istənilən ölçüdə beton Pompaları – Avto və Stasionar pompalarla təmin olunur.

BUZ SANTRALI

“HB BETON” MMC-də isti aylarda hava ilə əlaqədar olaraq, betonun temperaturunun normadan artıq olmaması üçün Xüsusi Soyuq Su Buz Santralı quraşdırılmışdır.

Müəsisəmizdə iş rejimi növbəli olduğundan zavodlarımız daimi olaraq (gecə-  gündüz, şənbə və bazar günləri də daxil olmaqla) fəaliyyət göstərir. Açıq anbarlarımızda hər zaman 10 000 m3 (on min) beton istehsal etmək üçün material ehtiyyatlarımız vardır. Müəsisənin Sement ehtiyyatı isə 1 200 ton (min iki yüz) təşkil edir.

TRANSMİKSERLƏR

İstehsal olunan Hazır beton məhsullarının İnşaat sahələrinə daşınması və qəliblərə ötürülməsi üçün müəsisədə Transmikserlər mövcuddur.

LABORATORİYA

Müəsisədə Türkiyə və İtaliya istehsalı olan, bütün standartlara cavab verən avadanlıqlarla təmin olunmuş lobaratoriya fəaliyyət göstərir. Sözügedən Lobaratoriya vasitəsilə xammallar (sement, qum, qırmadaş) və istehsal olunan betonun keyfiyyətinə tam nəzarət edilir. Müəsisədə Türkiyədə uzunmüddət təcrübə keçmiş, yüksək ixtisaslı  Mütəxəssislər çalışır. İstehsal olunan malın keyfiyyətinə tam təminat verilir.

SERTİFİKAT

Müəsisənin malik olduğu bütün növ avtomatiq çalışan avadanlıqlar (80 tonluq avto tərəzi, hidravlik press və digər cihazlar) vaxtaşırı Azərbaycan Respublikası Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Agentliyi tərəfindən dəqiqliklə yoxlanılır və Uyğunluq Sertifikatı ilə təmin olunaraq fəaliyyətə davam edir.

bottom of page